Electron JS nədir ? Nə işə yarayır ?

Salam hörmətli oxucular . Bu yazımda sizlərə Electron JS haqqında məlumat verməyə çalışacam . Electron JS kros platforma üçün proqramlar yaza biləcəyimiz js kitabxanasıdır . Electron JS ilə Vindovs , Linux və Mac üçün masaüstü proqramlar hazırlaya bilərik .

Electron JS bizə bir sıra imkanlar tanıyır ki , masaüstü proqramlarımızı hazırlayaq . Electron JS nin çalışma məntiqi çox sadədir . Electron JS açıq qaynaq olan Chromium platforması üzərində HTMLCSS istifadə edərək proqramlarımızı hazırlamağa imkan verir .

Bir sıra məşhur şirkətlərin proqramları məhs Electron JS ilə hazırlanıb . Bunlara nümunə olaraq VS Code , Skype və s. göstərmək olar .


Keçək Electron JS qurulumuna …

Electron JS ni rəsmi saytında göstərildiyi kimi NPM ilə kompüterimizə yükləyirik . Qeyd edim ki NPM və NodeJS cihazda qurulu olmalıdır .

Şəkildən də gördüyünüz kimi npm i electron əmri ilə Electron JS i istədiyimiz qovluqa qura bilərik . Yüklənmə internet sürətinizdən asılı olaraq bir neçə dəqiqə çəkə bilər .

Electron JS rəsmi saytı : https://electronjs.org/

Növbəti yazımda Electron JS ilə sadə bir proqram yazacam . Məni izləyin …

About WebPlus 16 Articles
Web and Mobile Application Developer !

Be the first to comment

Leave a Reply

Your email address will not be published.