Mən necə dizayner ola bilərəm ?

Günümüzdə dizayn sahəsinə olduqca maraq artmaqdadır. Bir çox gənc bu sahəyə başlamaq üçün həvəs göstərir ancaq hardan başlayacağını, nələri öyrənməli və nələrə diqqət etməli olduğunu bilmir. Nəticədə vaxt itirərək bir yerə qədər gedir. Sonra daha əvvəl ki tək həvəsi qalmadığı üçün bu iş ona çox sıxıcı gəlir. Halbuki necədə gözəl sənətdir.

Dizayn sahəsi çox geniş sahə olduğu üçün onun müxtəlif qolları var. Başlanğıc üçün onlardan birini seçərək irəliləmək lazımdır. Əgər siz qrafik dizayner və ya veb dizayner olmaq istəyirsizsə seçim edib bir yöndə irəliləməyiniz daha məqsədə uyğundur.

Dizayn sahəsini öyrənməyiniz üçün sizin səbrə daha çox ehtiyacınız var. Səbrinizi kökləyib ətrafınıza baxın. Oturduğunuz stula, içində olduğunuz otağa, qarşınızdakı fincana, kompyuterə, telefonunuza diqqət edin. Onların necə hazırlanmasını düşünün analiz edin. Simmetriyaya diqqət edin. Otağın pəncərəsinin otağa nisbətini, əgər normadan artıq olsaydı və ya əksinə az olsaydı necə ola bilərdi deyə düşünün. Beləcə balansı qorumağı öyrənin. Küçədə, metroda, avtobus və ya avtomobillərdə olan reklamlara fikir verin. Rəngləri dəyişərək ağlınızda başqa dizaynlar canlandırın. Əgər sarı olsaydı necə olardı və ya başqa rəng olsaydı necə olacağını düşünün. Hansı reklamların rənglərlə insanlara mesaj verdiyini araşdırın. Rəng paletlərini, rəng psixologiyasını, yazı ölçülərini, yazı tiplərini ciddi şəkildə araşdırıb öyrənin. Ölkəmizdə baxmayaraq ki dizaynla bağlı forumlar, treninqlər azlıq təşkil edilir. Ancaq olduğu vaxt mütləq iştirak edin. Peşəkar dizayn agentliklərində imkan daxilində praktiki təcrübə toplayın. Çoxlu kitab oxuyun. Fərq etməz hansı janrda olur olsun. Dribbble, Behance kimi platformaları aktiv şəkildə istifadə edin. Peşəkarların işlərini incələyin. Gözünüzə xoş gələn dizaynların eynisini yaratmağa çalışın. Youtube, Udemy kimi video dərslik tapa biləcəyiniz saytlarda dizayn dərslərinə baxın. Öyrəndiklərinizi hər zaman qeyd edin.

Məqalə Elşən Quliyevə aiddir .
Məqalənin Medium linki : https://medium.com/@elshanquliyev/m%C9%99n-nec%C9%99-dizayner-ola-bil%C9%99r%C9%99m-ad4e8b66b7ac

About WebPlus 16 Articles
Web and Mobile Application Developer !

Be the first to comment

Leave a Reply

Your email address will not be published.