SpaceX şirkətinin bazar dəyəri 33.3 milyard dollara kimi yüksəldi

SpaceX aerokosmik şirkətinin bazar dəyəri 33.3 milyard dollara kimi yüksəlib. Bu barədə CNBC saytına istinadən Vc.ru saytı xəbər verib. Bu ilin əvvəlindən başlayaraq şirkət 1 milyard dollardan çox investisiya cəlb edib. Şirkət Yer kürəsi üzrə qlobal internet sisteminin istifadəyə verilməsi üzrə aktiv şəkildə vəsait yığımını reallaşdırır. Bu cür bazar dəyəri ilə şirkət Elon Musk-ın digər şirkəti olan Tesla-nı keçib.

    Belə ki, 31 may tarixində ABŞ birjasındakı hərraclara start verilən zaman Tesla-nın bazar dəyəri 33.3 milyard dollar təşkil edirdi. Lakin sonradan şirkətin bazar dəyəri 33.1 milyard dollara düşdü. Keçən ilin dekabr ayında SpaceX-in bazar dəyəri 30.5 milyard dollar təşkil edirdi. Lakin həmin vaxtda şirkət 500 milyon dollar investisiyanın cəlb olunduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, 24 may tarixində SpaceX şirkəti özünün Starlink layihəsi çərçivəsində ilk 60 peyki Yer kürəsinin orbitinə uğurla göndərdi. Şirkət 2024-cü ilə kimi Yer kürəsinin orbitinə 12.000 peyk göndərməyi planlaşdırır.

About WebPlus 16 Articles
Web and Mobile Application Developer !

Be the first to comment

Leave a Reply

Your email address will not be published.